Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/10/2026

Paylaşın

TARİX

Göylə yerin arasında bağ olan müqəddəs məqamlar

WhatsApp Image 2026-03-10 at 09.32.51

Dünya bina olandan insan oğlu qopub gəldiyinə dönmək üçün ibadətdə bulunur. İmanının, inamının imtahanından keçir. Yerlə göyün arasında müqəddəs bağ olan duyğular çələngi toxuyur. Qəlbindən, könlündən keçənləri nağıla, əfsanəyə çevirir. Xanagahlardan, kilsələrdən, senaqoq və məscidlərdən ucalan səslər mələklərin qanadında dərgaha varır. 

Kilsədən gələn azan səsi

Din hər bir insan üçün Tanrı ilə arasındakı bir bağdır. Dilindən, dinindən asılı olmayaraq islamı qəbul edən insanlar onun qaydalarına əməl etməklə yanaşı, hüzur dolu bir dünyada olduqlarını yüz illərdir etiraf edirlər. İslama gələn dünyaşöhrətli sənətkarlar, idmançılar, keşişlər belə onun cazibəsindən qopa bilmədiklərini dilə gətirirlər. Hətta vəziyyət o yerə çatır ki, kilsələrdən azan səsi ucalır. İslamı qəbul edən portuqaliyalı keşişin, bir zamanlar görəvli olduğu kilsədə azan oxuması onlarla diqqət çəkən hadisədən biridir.  Deyirlər, o, azanı o qədər gözəl oxuyur ki, şəhərdə bir quş qalmır kilsəni dövrə vuraraq üzü qibləyə dayanır. 

İndoneziya necə müsəlman oldu?

Deyirlər, adi həyat tərzi sürən sadə bir Osmanlı taciri var imiş. Bir gün o, mallarını gəmiyə yükləyib İndoneziyaya gedir. Orada yerləşir və işini davam etdirir. Mallarının keyfiyyətli olması, dürüstlüyü tez bir zamanda ona şöhrət qazandırır. Olduqca qənaətçil olan tacirin düşüncəsi belə imiş: “Gəlirim az olsun, amma təmiz olsun”.

Bir gün dükana dəzgah üstünə gec gəlir. Yardımçısının satdığı mallardan yaxşı qazanc əldə etdiyini görüb maraqla soruşur:

– Hansı parçanı satdın?

– Bu parçanı, əfəndim, – deyir yardımçısı.

– Metrəsini neçəyə satdın?

– On axçaya.

– Necə ola bilər? Beş axçalıq parçanı on axçaya necə satarsan? Bizə haqqı keçmiş adamı tanıyırsanmı? 

 Yardımçı gedib alıcını tapıb gətirir. Dükan sahibi alıcını qarşısında görən kimi halallıq istəyib artıq ödənişi ona qaytarır.  Alıcı təəccüblənir və deyir: “Belə bir vəziyyətlə ilk dəfə qarşılaşıram. – Haqqını halal et, nə deməkdir?”

Hadisə qısa zamanda söz-söhbətə çevrilir və Kralın qulağına çatır. Nəticədə Kral parça tacirini saraya çağırır və soruşur:

– Sizin etdiyiniz bu davranışı əvvəllər nə eşitmişik, nə də görmüşük. Bunun həqiqəti nədir?

Tacir deyir:

– Mən müsəlmanam. İslam dini belə əmr edir.  Alıcının mənə haqqı keçmişdi. Buna görə də qazancım haram olardı. Mən sadəcə səhvi düzəltdim.

Kral soruşmağa davam edir: – İslam nədir, müsəlmanlıq nədir?  Tacir hər bir sualı cavablandırır. Kral ilk dəfə belə bir dinin varlığını eşitmiş olur. Çox keçmədən o, İslamı qəbul edir. Daha sonra qısa zamanda kəsiyində xalq da müsəlman olur.

Bu gün 250 milyonluq nüfusu ilə İslam mədəniyyətini çevrəliyən ölkələr arasında mühüm yerə sahib olan İndoneziyanın müsəlman olmasının sirri sadəcə beş axçalıq parçaya bağlı idi.

Edilən tək şey vardı: inandığı kimi yaşamaq və sahib olduğu gözəllikləri çevrədəkilərlə paylaşmaq. Bu fakt sübut edir ki, hər kəs öz əməlinin arxasından boylanır. Hər kəsin davranışı onun daşıyıcısı olduğu millətin, məmləkətin, həm də dəyərlərin belə aynasına çevrilir.  

Bağlı qapıların açarı – Fatihə surəsinin sirri

Allah belə buyurur: Fatihə surəsini Özüm ilə qullarım arasında bölüşdürdüm. Yarısı Mənim, digər yarısı isə qullarımındır. Qullarımdan biri “Bismillahir, Rahmənir, Rahim” dedikdə, Qulum Mənim adımla başlayır. Onun işlərini yoluna qoymaq və vəziyyətini düzəltmək Mənə vacib olur. Qulum “Əl-həmdulillahi Rəbbil-aləmin” dedikdə,  Məni tərifləyir və sahib olduğu nemətlərin Məndən olduğunu anlayır. Özündən uzaqlaşan bəlaların da Mənim qüdrətimlə olduğunu dərk edir. Qulu “Ər-Rahmənir-Rahim” dedikdə, Mənim olduğuma şahidlik edir.  Onun rəhmətimdən olan payını artıramaq üzərimə düşür. Qulum “Məliki Yəvmiddin” dedikdə, Qiyamət gününü Məndən bilir. O gün onun hesabını asanlaşdıracağıma və pisliklərini bağışlayacağıma inanır. Qulum “İyyakə nə‘budu” dedikdə, bu ibadətinə görə ona elə bir mükafat verəcəyəm ki, cinlər və insanlar ona həsəd aparacaqlar. Qulum “İyyakə nəstəin” dedikdə, Məndən kömək istəyir və Mənə sığınır. Bilin ki, onun işlərinə yardım edəcək, çətin anında köməyinə yetişəcəyəm. Qulum “İhdinəs-siratəl-müstəqim, Siratəl ləzinə, əl əmtə əleyhim, ğeyril məğzubi vələzzalin” dedikdə, aldığı nəfəsə görə Mənə minnərdar olur. Onu mələklərin qanadında göy üzünə qaldıracağıma inanır. Bundan gözəl nə var ki?

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.

Ən son

İQTİSADİYYAT

Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti

İQTİSADİYYAT

Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin