Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/27/2026

Paylaşın

GÜNDƏM

Efiopiyanın Baş naziri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Efiopiyanın Baş naziri, Fəxri xiyaban, Zəfər parkı, Efiopiya

Fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Baki-baku.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.

Daha sonra Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Efiopiyanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ən son

GÜNDƏM

Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib.

GÜNDƏM

Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin