Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/14/2026

Paylaşın

GÜNDƏM

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

IMG-20260114-WA0012

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Bu barədə Baki-baku.az-a idarədən məlumat verilib.

Qeyd olunub ki, hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır:

” -Hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;
-nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;
-manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;
-işıqlandırma cihazlarından düzgün istifadə edilsin.

Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır”.

Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında vacib amildir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Ən son

GÜNDƏM

Bakı bulvarındakı kaktuslar soyuq qış günlərinin təsirindən zərər görməmələri üçün xüsusi qaydada örtülüb.

GÜNDƏM

Bakı bulvarındakı kaktuslar soyuq qış günlərinin təsirindən zərər görməmələri üçün xüsusi qaydada örtülüb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin