Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2025

Paylaşın

HƏR ŞEYDƏN

Stalinin Ruzvelt və Çörçili heyrətləndirən sevimli içkisi – Tərxun

Zəngin təbiəti, sitrus meyvələri, üzüm sahələri ilə dünyada məşhur olan Gürcüstan həm də “Barjomi” kimi şəfalı mineral suları, müxtəlif adlarla dünyada şöhrət qazanan çaxırları, “Tərxun” və “Duşes” adlı meyxoş içkiləri ilə məşhurdur.

Amerikalıların “Coka-Cola”dan, ingilislərin “Pepsi”dən üstün bildikləri, Stalinin ən çox sevdiyi “Tərxun” hələ də dünya şöhrətini qorumaqdadır. ?

XIX əsrin sonu dünyanın bir çox əczaçıları şirin içkilərdən aslılıq yaradırdılar. Əczaçı Pembertin başağrısına qarşı “Coca-Cola”nı yaratdı. Bredhem isə həzmi yaxşılaşdırmaq üşün “Pepsi”ni icad etdi. Gürcüstanın “Tərxunu kəşf etdikdən sonra dünyada məşhur olan əczaçısı Mitrofen Lakidze isə nanəkimilər qrupuna daxildərxunla təcrübəsini başa çatdırdı. Pembert və Bredhemden fərqli olaraq, o yalnız təbii qatqılardan istifadə edirdi. Onun içkisinin saxlama müddəti cəmi yeddi gün idi. Həmin ərəfədə SSRİ-də, Moskvada, Mərkəzi Komitədə ciddi sual yaranmışdı: “Partiya qurultayında iclasların arasında hansı sərinləşdirici içkidən istifadə etmək olar? Bu zaman Sovet İttifaqında şirə “burjua” içkisi sayılırdı. Kremlin düşüncəsi, siyasi baxışı buna yol vermirdi. Belə bir ərəfədə diqqət gürcü əczaçı Mitrofen Lakidzenin icad etdiyi kofeinsiz, təbii yaşıl içkiyə kökləndi. Stalin şəxsən onu bəyəndi. Yaltada “Cola-Cola”nın pərəstişkarı olan Amerika prezidenti Ruzvelt bu sirli yaşıl mayeni dadıb belə dedi: “Sizin içkiniz bizim “Cola-Cola”dan qat-qat yaxşıdır”.

Ruzveltin marağına səbəb olan kəskin, otabənzər dad tamamilə karamelli şirinliyin əksi idi. Bu “Tərxun” idi. Onu təbii məhsulun Qərb brendinə Sovet istehsalının təntənəsi, qələbəsi də hesab etmək olardı!

“Tərxun”dan sonra Gürcüstan özünün digər bir məşhur brendini “Duşes”i yaratdı. “Duşes” armud növündən hazırlanan bu içki də, “Tərxun” kimi süfrələrin bəzəyi oldu.

Gürcüstan məşhur mineral suları, “Barjomi”, “Tərxun”, “Duşes” kimi içkiləri, növ-növ şərabları ilə məşhur olsa da, onun zinəti və möhnəti olan Osetiya, Abxaziya kimi problemləri də var. “Badamlı”sı, “Sirab”ı, “Nar şərabı”, müxtəlif növ şərabları, meyxoş içkiləri ilə məşhur olan Odlar Yurdu Azərbaycanı Şərqi Zəngəzurun, Qarabağın xilası ilə müjdələyən Ulu Tanrı, mineral suları daha çox işğalda qalan ərazilərdə olan, möcüzəli, sirli suların diyarı Gürcüstanı da hüzura qovuşduursun, Birlik, Bütövlük nidası ilə sevindirsin.

Şərəf Cəlilli

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin