Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/17/2025

Paylaşın

GÜNDƏM

AZAL təyyarələrində “powerbank”dan istifadə qadağan olunur

"Powerbank”dan istifadə qadağan olunur, AZAL

Azərbaycan Hava Yolları (AZAL) noyabrın 20-dən etibarən hava nəqliyyatında portativ şarj cihazlarının (“powerbank”) daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək.

Baki-baku.az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.

Bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb.

Yeni qaydalara əsasən:

  • Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;
  • Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
  • Şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır – onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır;
  • Yalnız zavod markalaması olan, nominal tutumu 100 vat/saatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir.

Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.

Sərnişinlərə tövsiyə olunur ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın ən qədim və özünəməxsus yaşayış məntəqələrindən biri olan Lahıc əsrlər boyu xalq sənətkarlığı, memarlıq irsi və zəngin

Ən son

GÜNDƏM

Bu gün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.

GÜNDƏM

Bu gün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin