Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/09/2025

Paylaşın

GÜNDƏM

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

IMG-20251109-WA0000

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Tədbir Heydər Əliyev Fondu, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Baki-baku.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilib.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Azərbaycan xalqı olaraq, biz bu tarixi Qələbənin canlı şahidləriyik. Bu gün qürurla söyləyə bilərik ki, qalib ölkənin vətəndaşlarıyıq. 8 Noyabr xalqımız üçün həm birlik, həm şərəf, həm də qürur günü olmaqla yanaşı, tariximizə qızıl hərflərlə yazılmış əlamətdar bir gündür. Azərbaycan xalqı bu möhtəşəm hadisəni sevinc və coşqu ilə qeyd edib.

Bayram konserti zəngin proqram və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Tədbir iştirakçıları bu günü böyük qürur və vətənpərvərlik hissi ilə yadda saxlayaraq, Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanları ehtiramla yad ediblər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin