Şərq motivləri, Qərb cazibəsi və zamanın ritmi – bir səhnədə canlanır!
Bu axşam musiqi danışacaq, səslər duyğulara çevriləcək.
Kamera orkestri və sevilən ifaçılar – musiqi bayramında ürəklərə yol açacaq.
Ənənə və müasirlik birləşəcək, klassika estradanın nəfəsiylə yenidən doğulacaq.
Hər bir melodiyada Vətən sevgisi, torpaq qoxusu, xalqın yaddaşı səslənəcək.
Bu, eşidilən deyil, hiss olunan musiqi olacaq.
Əbədiyaşar Tofiq Quliyevin dillər əzbəri mahnıları ilə
“Nadir Musiqi Axşamı” sizi duyğuların və xatirələrin ən gözəl səyahətinə dəvət edir.
Gəlin – eşitmək üçün yox, hiss etmək üçün!