Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2025

Paylaşın

İdman

“Çelsi”nin baş məşqçisi: “Qarabağ”la oyun çətin keçəcək”

"Çelsi"nin baş məşqçisi, "Çelsi", Entso Mareska

“Çelsi” üçün “Qarabağ”la oyun çətin olacaq.

Baki-baku.az-ın məlumatına görə, bunu İngiltərənin”Çelsi” klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

“Qarabağ”la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, bəzi oyunçuları rotasiya etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. “Qarabağ” yaxşı komandadır. Onlar “Benfika” və “Kopenhagen”ə qalib gəliblər. “Atletik”lə matçda hesabda irəli idilər lakin sonradan məğlub oldular. “Qarabağ” uzun illərdir ki, eyni baş məşqçi ilə çalışır. Komanda olaraq evdə çox sıx oynayırlar. Şübhəsiz ki, çətin oyun olacaq”.

O, əsas futbolçularından olan Koul Palmerin zədəsindən danışıb:

“Palmer bizim üçün hər zaman lazımdır. Təəssüf ki, sabah “Qarabağ”a qarşı matçda görə bilməyəcəyik. Tez bir zamanda zədəsini sağaldacağı və aramıza dönəcəyini gözləyirik”.

E.Mareska Q.Qurbanovun 17 il ərzində Ağdam klubunu çalışdırmasının inanılmaz olduğunu söyləyib:

“Bu, inanılmazdır. Sözün düzü hər vaxt rastlaşmadığım bir şeydir. 17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir”.

Baş məşqçi oyun üçün Bakıya gec yollanmaqlarının səbəbini belə izah edib:

“Tottenhem”lə Premyer Liqa matçından sonra bərpa üçün Londonda qalmalı idik. Vəziyyəti taraz saxlayır. Yorğunluğumuzu çıxmağa çalışırıq. Oyuna rahat çıxmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib.

Ən son

GÜNDƏM

Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyəti dayandırılıb.

GÜNDƏM

Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyəti dayandırılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin