Maştağa qəsəbəsində abadlaşdırılma işlərinə başlanılıb.
Baki-baku.az-ın sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən bildirilib ki, infrastruktur və kommunikasiya layihələrin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub. Dam örtüklərinin yenilənməsi, fasadların, yolların təmiri də prosesə daxildir.
Maştağada abadlıq yenicə başlansa da, qəsəbənin işıqlandırılması istiqamətində əhəmiyyətli işlər aparılıb. Qəsəbədəki mərkəzi park tamamilə yenilənib. Yerli icra hakimiyyəti nümayəndələrinin dəstəyi ilə qəsəbənin estetik görünüşünə xələl gətirən, qanunsuz ticarət obyektləri ilə bağlı müvafiq tədbirlər görülür.
Bakının ən qədim və ərazsinə görə ən böyük qəsəbələrindən sayılan Maştağada tarixi abidələrin bərpa edildikdən, geniş yenidənqurma işləri aparıldıqdan sonra qəsəbənin Balaxanı və Ramana kimi turist marşrutuna salınacağı mümkündür. Bu isə öz növbəsində məkanın canlanmasına, gələcəkdə yeni sahibkarlıq subyektlərinin yaranmasına, xidmət və ticarət sektorunda biznesin inkişafına töhvə verəcək.







