Xankəndidə “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günü panel sessiya ilə davam edir.
Baki-baku.az xəbər verir ki, forumda bu gün “Düzgün planlanan şəhər gələcəyinin mərkəzində mənzilin əlçatanlığıdır” mövzusu müzakirə olunur.
Panel çıxışlarında Türkiyə Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi məsələlər üzrə naziri Ömer Bulut, MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı, London Universitetinin Şəhərsalma və mənzil inkişafı üzrə məsləhətçisi Babar Mumtaz, İsveçrə Federal Texnologiya İnstitutunun icraçı direktoru Cennifer Dayn Barensteyn, Çin Xalq Respublikasının Mənzil və Şəhər-Kənd İnkişafı Nazirliyinin baş iqtisadçısı Çao Jinbiao iştirak edirlər.
Qeyd edək ki, Xankəndi Konqres Mərkəzində keçirilən “Sosial-iqtisadi inkişaf, ərazi bərabərliyi və ətraf mühitin davamlılığı üçün şəhər-kənd əlaqələri” adlı panel sessiyada 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.