Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

GÜNDƏM

Pakistan Milli Assambleyasında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirilib

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, Pakistan

Pakistan Milli Assambleyasında Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Ghulam Mustafa Şah, federal nazirlər, senatorlar, diplomatlar, media və QHT nümayəndələri, eləcə də bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və “Qurani-Kərim”dən duaların oxunması ilə başlayıb. Sonra Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib və Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdəki çıxışında 44 günlük Vətən müharibəsinin gedişindən danışaraq qeyd edib ki, Ermənistanın təxribatına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq Qələbə qazanıb. Diplomat bildirib ki, 2023-cü ilin 19–20 sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub və 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Səfir vurğulayıb ki, Pakistan münaqişə dövründən bu günədək Azərbaycanın ədalətli mövqeyini bütün platformalarda dəstəkləyib. O, kitabın urdu dilinə tərcüməsinin Pakistan ictimaiyyətinə Azərbaycanın Vətən müharibəsi tarixi ilə yaxından tanış olmaq imkanı verəcəyini bildirib.

Daha sonra Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Ghulam Mustafa Şah və Türkiyə Respublikasının Pakistandakı səfiri İrfan Nəziroğlu çıxış edərək 2020-ci il Qələbəsini və qardaş ölkələrin Azərbaycana həmrəyliyini vurğulayıblar.

Sonda kitabın nüsxələri iştirakçılara, Pakistan Milli Assambleyasının kitabxanasına, eləcə də ölkənin beyin mərkəzləri, kitabxanaları və ali təhsil ocaqlarına təqdim olunub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir ki, Abşeronun xəritəsində ən müəmmalı yerlərdən biri də Qurd qapısı adlanan qaya parçasıdır – elə bil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin