Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2025

Paylaşın

HƏR ŞEYDƏN

Dünyada veyp çəkən yeniyetmələrin sayı açıqlandı – 15 milyon

Veyp, Ümumdünya Səhiyyə Təşkilatı, ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, bu gün dünyada 100 milyondan çox insan elektron siqaretlərdən – veyplərdən istifadə edir. Onların təxminən 15 milyonu 13–15 yaş arası yeniyetmələrdir.

Baki-baku.az-ın məlumatına görə, 2000–2024-cü illəri əhatə edən araşdırma göstərir ki, 86 milyon yetkin veyp istifadəçisidir və istifadəçilərin çoxu yüksək gəlirli ölkələrdə yaşayır.

ÜST-ün sağlamlıq və profilaktika departamentinin direktoru Etyen Krug xəbərdarlıq edib ki, elektron siqaretlər nikotin asılılığının yeni və daha təhlükəli dalğasını yaradır.

Onun sözlərinə görə, veyplər nikotindən uzaqlaşmaq üçün vasitə kimi təqdim olunsa da, əslində, gəncləri və yeniyetmələri siqaret çəkməyə erkən yaşdan vərdiş etdirir.

Veyplərin zərərli tərəfləri

ÜST və digər tibb mütəxəssisləri veyplərin “zərərsiz alternativ” kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayır.

Araşdırmalara əsasən, veyplər nikotin asılılığı yaradır, bu da beyində dopamin səviyyəsini dəyişdirərək psixoloji asılılığa səbəb olur. Cihazlarda istifadə edilən kimyəvi mayelər (propilenqlikol, qliserin və aromatlar) yüksək temperaturda qızdıqda formaldehid və asetaldehid kimi zəhərli maddələrə çevrilə bilər.

Uzunmüddətli istifadə ağciyərlərdə iltihab, nəfəs darlığı və xroniki bronxit riskini artırır. Yeniyetmələrdə nikotinə erkən alışma gələcəkdə siqaret və digər tütün məhsullarına keçidi asanlaşdırır. Hətta “nikotinsiz” kimi təqdim edilən bəzi veyplərin tərkibində az miqdarda nikotin və ağır metallar (məsələn, qurğuşun və nikel) aşkarlanıb.

Qadınlar siqaretdən daha çox imtina edir

Hesabatında qeyd olunur ki, qadınlar kişilərlə müqayisədə tütün istifadəsini azaltmaqda daha uğurlu olublar. Qadınlar üçün nəzərdə tutulan qlobal məqsəd – tütün istifadəsini 30%-ə endirmək -artıq 2020-ci ildə, yəni planlaşdırılandan beş il əvvəl reallaşıb. Bu nəticə siqaretlə mübarizədə müsbət tendensiya sayılsa da, ÜST bildirir ki, veyp istifadəsinin artması bu uğurları kölgədə qoya bilər.

ÜST bütün ölkələrin hökumətlərini elektron siqaretlərin tənzimlənməsini sərtləşdirməyə, reklam və satış məhdudiyyətləri tətbiq etməyə çağırıb. Qurumun ekspertləri vurğulayırlar ki, “veyp” mədəniyyəti, xüsusilə gənclər arasında, sağlamlıq baxımından ciddi təhlükə yaradır və yeni nəsli nikotin asılılığına sürükləyir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin