Kənd Namusu”
Hadisələr 1880-ci ilin bazar günü səhəri kənd meydanında baş verir.
Kəndlilər kilsəyə üz tuturlar. Onların arasında Santutsa da var. Qız nişanlısı Turiddunun anası, qoca Lüçiyanın yanına tələsir. Santutsa ümidsizdir: hərbi xidmətdən qayıdan Turiddu yenidən köhnə sevgilisi, indi isə varlı Alfio ilə evlənmiş Lola ilə gizli münasibətə başlamışdır. Lüçiya nə qədər çalışsa da, Santutsanı sakitləşdirə bilmir – qız qısqanclığın əzabı ilə yanır.
Meydanda Turiddu görünür. Santutsa yalvararaq ondan ayrılmamasını xahiş edir. Lakin gənc kobudcasına qızı kənara itələyib kilsəyə yollanan Lolanın ardınca gedir.