Hologram Show Circus Sea Breeze-də!
Azərbaycanda ilk dəfə təqdim olunan möhtəşəm premyera!
Bu sadəcə sirk deyil, incəsənət və texnologiyanın birləşdiyi unikal tamaşadır. İşıq, musiqi və qrafik effektlər səhnəni sehr dolu məkana çevirir.
Proqramda tamaşaçıları gözləyir:
– zalı gülüşlə dolduran kloun,
– peşəkar jonqlörlər,
– cəsarətli akrobatların pərş və lent nömrələri,
– yüksək ustalıq tələb edən stul nömrəsi,
– güclü və sinxron dördlük akrobatlar,
– nəfəs kəsən rolik üzərində nömrə,
– sirli və möhtəşəm transformasiya,
– insan imkanlarının sərhədlərini göstərən ekvilibr nömrəsi.