2025-ci il oktyabrın 16-da Vienna Strauss Philharmonie Orchestra Bakıda konsert proqramı ilə çıxış edəcək.
Kollektiv Motsart, Brams, Haydn, Albinoni, Bax, parlaq Kalman və əlbəttə ki, Ştraus sülaləsinin əsərlərindən ibarət proqram təqdim edəcək.
Orkestr 2014-cü ildə dünyaca məşhur Motsart Orkestrinin qurucusu Gerald Grünbacher (Vyana, Avstriya) tərəfindən yaradılmışdır.
Orkestrin dirijoru — uzun və uğurlu karyeraya malik, istedadlı və xarizmatik maestro Andraş Deakdır.