Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2024

Paylaşın

GÜNDƏM

Azərbaycanın Rusiyadakı yeni səfiri kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.

“BakıBaku“ Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Mustafayevin bu təyinatadək son iş yeri Azərbaycanın Niderland Krallığındakı səfiri vəzifəsi olub.

Bakıda anadan olan R.Mustafayev Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.

1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir, 2006-cı ilin may-noyabr aylarında Azərbaycan XİN-in birinci ərazi idarəsinin direktor müavini olub.

2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olan R.Mustafayev daha sonra ölkəmizin Yunanıstanda, eyni zamanda Albaniyada, daha sonra isə Fransada fövqəladə və səlahiyyətli səfiri olub.

61 yaşlı R.Mustafayev 2022-ci ilin oktyabrından Azərbaycanın Niderlanddakı səfiri idi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 23-də Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti (RİH) və Bakı Şəhər

Ən son

GÜNDƏM

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru - Həştərxan Vilayəti Hökumətinin sədri Denis Afanasyevin

GÜNDƏM

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru - Həştərxan Vilayəti Hökumətinin sədri Denis Afanasyevin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin