Salvador Dali hətta yuxunu da incəsənətə çevirməyi bacarırdı. Böyük sürrealist xüsusi üsul tətbiq edirdi – qısa yuxugörmə: stulda oturur və əlində ağır açar sıxıb saxlayırdı.
Baki-baku.az xəbər verir ki, rəssam yuxuya gedəndə əlindəki həmin açar döşəmədə qoyulan boşqabın içinə düşürdü, bu zaman rəssam səsdən oyanırdı və həmin gördüyü parlaq təsvirləri yadda saxlayırdı.
Məhz həmin bir neçə saniyə ərzində gördüklərini Salvador Dali yeni ideyalar kimi qeydə alırdı, sonradan onları şah əsərlərə çevirirdi. Onun “açarla yatmaq” üsulu yaradıcılığın sirli alətinə çevrildi.