Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/02/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb

Niderlandın Baş naziri ilə görüş, İlham Əliyev, Dik Sxof, Danimarka, Kopenhagen

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub.

Baki-baku.az xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd etdi.

Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulandı, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Niderlandın Baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd etdi.

İlham Əliyev, Dik Sxof, Danimarka, Kopenhagen

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı hər zaman özünün rəngarəng küçə həyatına görə seçilib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin