Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/30/2025

Paylaşın

GÜNDƏM

Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ölməz” tamaşası ilə açdı

Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib.

Baki-baku.az xəbər verir ki, tamaşadan öncə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan bəhs edib, həmçinin teatrın yaradıcılıq yoluna dair qısa məlumat verib.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, övladları Vətən müharibəsində şəhid olmuş analar, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin tanınmış simaları, həmçinin Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.

Daha sonra “Heç kim unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan “Ölməz” tamaşası nümayiş olunub. Səhnə əsərinin müəllifi Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edib.

Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnə təcəssümünü tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması, Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq tamaşaçılara böyük təsir bağışlayıb.

Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. Lakin son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib. Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən Şon Daffi Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq

Ən son

GÜNDƏM

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla

GÜNDƏM

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin