Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

HƏR ŞEYDƏN

6000-dən çox ekzoplanet artıq təsdiqlənib – NASA-dan kosmik sivilizasiya üçün böyük addım

Ekzoplanet, NASA, Süd Yolu Qalaktikası

Günəş sistemindən kənarda yerləşən və “yeni dünyalar” adlandırılan ekzoplanetlərin sayı sürətlə artır. NASA-nın son məlumatına əsasən, artıq 6000-dən çox ekzoplanetin mövcudluğu rəsmi olaraq təsdiqlənib.

Baki-baku.az xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

Qeyd edək ki, ilk ekzoplanet cəmi 1992-ci ildə aşkarlanmışdı. Yəni cəmi 30 il ərzində elm bu sahədə nəhəng irəliləyişə nail olub.

NASA-nın Kepler missiyası 2015-ci ilə qədər 1000 ekzoplanet kəşf etmişdi. 2016-cı ildə bu rəqəm 1500-ə yaxınlaşdı. 2022-ci ilin martında 5000 ekzoplanet rəsmiləşdirildi. İndi isə bu göstərici 6000-i keçib.

Yeni nəsil teleskoplar, xüsusilə James Webb Kosmik Teleskopu və digər müasir müşahidə texnologiyaları sayəsində bu rəqəmin yaxın illərdə daha da artacağı gözlənilir.

Alimlərin fikrincə, bu rəqəm Süd Yolunda mövcud ola biləcək 100 milyard ekzoplanetlə müqayisədə çox az görünsə də, insanlıq üçün böyük elmi nailiyyətdir. Çünki bu kəşflər həyatın başqa planetlərdə də mövcud ola biləcəyinə dair ümidləri artırır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Ən son

ОБО ВСЕМ

На протяжении тысячелетий человечество задаётся одним из самых глубоких вопросов: что такое сознание?

ОБО ВСЕМ

На протяжении тысячелетий человечество задаётся одним из самых глубоких вопросов: что такое сознание?
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin