Bazar ertəsi, sentyabrın 29-da Günəşin aktivliyi yüksək olacaq və bu, Yer kürəsi üçün risklər yaradacaq.
Baki-baku.az bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının “Telegram” kanalında yaydığı məlumata əsasən xəbər verir.
“Sutkalıq proqnoz: geomaqnit şərait – zəif pozulmalar mümkündür, aktivlik – yüksək, artan, Yer üçün əhəmiyyətli risklər mövcuddur”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, son sutka ərzində geomaqnit şərait sakit olub, partlayış ehtimalı isə yüksək olub, Yer üçün məhdud risklər var.
Xatırladaq ki, sentyabrın 28-də Günəşdə son üç ayın ən böyük partlayışı baş verib.