Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/28/2025

Paylaşın

GÜNDƏM

Bakı Uşaq və Gənclər Teatrında yeni mövsümün açılışı olub

Bakı Uşaq və Gənclər Teatrı

Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin bütövlüyü uğrunda öz canından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcıları teatrın istedadlı aktyorları Mehman Piriyev və Niyaz İlyasoğlu təbrik üçün səhnəyə Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, respublikanın əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı dəvət ediblər.

Teatrın müvəqqəti yerləşdiyi Suraxanı rayonunun İcra hakimiyyətinin başçısı cənab Adil Əliyevə göstərdiyi qayğı və diqqətə görə təşəkkür edilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə Bakı Uşaq və Gənclər Teatrının repertuarında olan tamaşalardan parçalar və rəqs nömrələri nümayiş olunub.

Tədbirin rejissoru İlhamə Əhmədovadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как передаёт Baki-baku.az со ссылкой на портал Sport.es, опытный специалист сравнил испанского футболиста с Гарри Поттером.

Ən son

HƏR ŞEYDƏN

Bu tamaşalardan biri sirli-sehrli tsam rəqsidir, hansı ki, özündə qədim ayinləri, teatr elementlərini və mistik

HƏR ŞEYDƏN

Bu tamaşalardan biri sirli-sehrli tsam rəqsidir, hansı ki, özündə qədim ayinləri, teatr elementlərini və mistik
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin