27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu tarix İkinci Qarabağ müharibəsinin başlandığı gün kimi yaddaşlara həkk olunub.
Baki-baku.az xəbər verir ki, hər ilin bu günü xalqımız 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini Hərbi Memorial Məzarlığa (ikinci Fəxri xiyaban) gələrək yad edir, onların əziz xatirəsini hörmət və ehtiramla anır.