Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/26/2025

Paylaşın

HƏR ŞEYDƏN

Araşdırma: “Instagram” uşaqlar üçün hələ də təhlükə yaradır

“Instagram”, “Meta”

Araşdırmaların nəticələrinə görə, yeniyetmələri zərərli məzmundan qorumaq üçün nəzərdə tutulmuş “Instagram” alətləri onların intihar və özünə zərərvurma ilə bağlı paylaşımlara baxmasının qarşısını ala bilmir.

Baki-baku.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıların fikrinə görə, “Meta” şirkətinə məxsus sosial şəbəkə uşaqları “böyüklər tərəfindən açıq seksual məzmunlu şərhlər alan postlar paylaşmağa” təşviq edib.

“Meta” araşdırmanın nəticələrini təkzib edərək bildirib ki, onların müdafiə tədbirləri nəticəsində yeniyetmələr “Instagram”da daha az zərərli məzmun görürlər.

Tədqiqatçılar isə bildiriblər ki, saxta yeniyetmə hesabları yaratdıqdan sonra bu alətlərlə bağlı ciddi problemləri aşkar ediblər. Belə ki, 47 vasitədən 30-u qeyri-effektiv olub və ya mövcud olmayıb, doqquz alət “zərəri azaldıb, lakin məhdudiyyətlərə malik olub”.

Alimlərin sözlərinə görə, təhlil edilən 47 alətdən yalnız səkkizi səmərəli işləyib. Bu isə o deməkdir ki, yeniyetmələrə göstərilən məzmun “Instagram”ın öz qaydalarını da pozub. Buraya “alçaldıcı seksual hərəkətlərin” təsvir edildiyi postlar, həmçinin intihar, özünə zərərvurma və ya qidalanma rejiminin pozuntularını təşviq edən axtarış sorğularının avtotamamlama təklifləri daxildir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin