Bu ilin Stokholm marafonunun qalibi, efiopiyalı idmançı Şevarge Alene 30 yaşında vəfat edib.
Baki-baku.az xəbər verir ki, bu barədə yarışın rəsmi “Instagram” səhifəsində məlumat yerləşdirilib.
İdmançının məşq zamanı vəziyyəti pisləşib, xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, may ayının sonunda efiopiyalı Stokholm marafonunu 2 saat 30 dəqiqə 38 saniyəlik nəticə ilə qazanmışdı.
2025-ci ilin yanvar ayında o, Mumbay marafonunda beşinci yeri tutmuşdu. Ümumilikdə, 2011-ci ildən etibarən 27 marafonda iştirak edən Alenenin hesabında 12 qələbə var idi.