Biz nəfəs almağı və udqunmağı orqanizmin sadə, təbii funksiyaları hesab edirik, lakin onların eyni anda baş verməsinin mümkünsüz olması barədə çox az adamın təsəvvürü var. Bu paradoksal vəziyyət birbaşa insana nitq qabiliyyəti bəxş edən unikal səs aparatının quruluşu ilə bağlıdır.
Baki-baku.az xəbər verir ki, heyvanlarda qırtlaq daha yuxarıda yerləşdiyi üçün onlar rahatlıqla həm qidalanır, həm də nəfəs ala bilirlər, lakin insanlarda qırtlaq tədricən aşağı enir.
Məhz bu dəyişiklik zəngin səs diapazonunun və aydın nitqin formalaşmasına imkan yaradır, lakin əvəzində insan eyni anda udqunmaq və nəfəs almaq bacarığını yoxa çıxarır. Maraqlıdır ki, yeni doğulmuş körpələr hələ bu qabiliyyətə sahib olurlar, lakin 9 aylıq dövrə qədəm qoyan zaman onların səs aparatı tam olaraq danışığa uyğunlaşdırdığı üçün körpə uşaqlar da həmin imkandan məhrum olurlar.