Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb

Mədəni əməkdaşlıq, Azərbaycan, Macarıstan

Azərbaycan ilə Macarıstan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki ölkənin mədəni əməkdaşlığı da ildən-ilə genişlənməkdədir.

Baki-baku.az xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko imzalayıblar.

Beşillik proqramda mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, həmçinin ədəbiyyat, təsviri və tətbiqi sənət, musiqi, teatr, kinematoqrafiya, kitab sənayesi, muzey işi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Azərbaycan, Macarıstan

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как передает Baki-baku.az со ссылкой на издание Spiegel, об этом заявили учёные Пусанского национального университета в Южной Корее

Ən son

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti yalnız yük daşımaları üçün deyil, həm də sərnişin

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti yalnız yük daşımaları üçün deyil, həm də sərnişin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin