Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/28/2024

Paylaşın

SİYASƏT

Lavrov: Oktyabrda Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər

Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır.

Bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, oktyabrda baş tutacaq BRICS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər:

“Əgər onlardan təklif gələrsə, bir hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq.

2020-ci ilin noyabr ayının əvvəlində iştirakımızla razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. İki il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri üç dəfə görüşüblər. Üçtərəfli işçi qrupu yaradılıb, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası, delimitasiyası və sair mexanizmlər üzərində birgə işləmişik. Biz çiyin-çiyinə durmağa və orada təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırıq”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda fevralın 26-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

İQTİSADİYYAT

"Kristal Bakı" ASC 2024-cü ili 3,278 milyon manat xalis zərərlə başa vurub.

İQTİSADİYYAT

"Kristal Bakı" ASC 2024-cü ili 3,278 milyon manat xalis zərərlə başa vurub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin