Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

HƏR ŞEYDƏN

Gün ərzində kitab oxumaq üçün ən ideal vaxt və müddət müəyyənləşib

IMG-20250923-WA0132

Araşdırmalar göstərir ki, kitab oxumaq insanın yaddaşını möhkəmləndirir, stressi azaldır və diqqət qabiliyyətini artırır.

Lakin sual yaranır ki, gün ərzində neçə saat oxumaq və hansı kitabları seçmək daha faydalıdır?

Baki-baku.az-ın məlumatına görə, psixoloqlar bildirirlər ki, hər kəsin oxuma sürəti və vərdişi fərqlidir. Orta hesabla yetkin bir insan üçün gündə 30-60 dəqiqə fasiləsiz kitab oxumaq optimal hesab olunur.

Bu müddət insan beynini yormadan həm məlumat qazanmağa, həm də diqqəti cəmləməyə imkan yaradır. Uşaqlar və yeniyetmələr üçün isə oxuma müddətinin yaşa uyğun olaraq 15-30 dəqiqə ilə başlanması və tədricən artırılması məsləhət görülür.

Mütəxəssislərin fikrincə, kitab oxumaq üçün ən uyğun vaxt səhər saatları və ya yatmazdan öncədir. Səhərlər beyin daha aktiv olur, yeni məlumatları daha tez qəbul edir. Axşam isə oxumaq günün yorğunluğunu azaltmağa və rahat yuxuya kömək edir.

Kitab seçiminə gəldikdə, elm adamları balanslı yanaşma tövsiyə edirlər. Bədii ədəbiyyat insanın təsəvvürünü və emosional zənginliyini artırır, elmi-populyar kitablar və məqalələr isə dünyagörüşünü genişləndirir. Yeniyetmələr üçün motivasiyaedici əsərlər, böyüklər üçün isə həm peşəkar sahəyə aid, həm də şəxsi inkişafla bağlı kitablar oxumaq faydalı hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, elektron kitablar praktik baxımdan əlverişli olsa da, çap kitablarının oxunması daha faydalıdır. Çünki kağız üzərində oxuma yaddaşda daha yaxşı qalır və göz sağlamlığına da müsbət təsir göstərir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Зевота - один из самых загадочных рефлексов человеческого организма.

Ən son

GÜNDƏM

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən

GÜNDƏM

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin