Dünyada adını hər gün eşitdiyimiz böyük paytaxt şəhərləri var – Paris, London, Tokio.
Baki-baku.az xəbər verir ki, elə paytaxt şəhərləri də mövcuddur ki, onların əhalisinin sayı bəzən bir rayon mərkəzinin sakinlərindən də azdır.
Bu şəhərlər həm miqyaslarına, həm də tarixi və siyasi statuslarına görə diqqət çəkir.
Ən az əhalisi olan paytaxt şəhər Palaunun paytaxtı Ngerulmuddur. Bura dünyanın ən az əhalisi olan paytaxtı hesab olunur.
Bu şəhərdə 300 nəfərdən az adam yaşayır. Modern dövlət binaları olsa da, şəhər tamamilə səssiz və insansız təsir bağışlayır.
Bundan əlavə az əhaləsi olan şəhərlər sırasında Lixtenşteynin paytaxtı Vaduz (5 min nəfər), San-Marinonun paytaxtı San-Marino (4 min nəfər), Tuvalunun paytaxtı Funafuti (təxminən 6 min nəfər) var.