Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

GÜNDƏM

23 sentyabr – Beynəlxalq Jest Dilləri Günü

BMT Baş Assambleyasının qərarı ilə hər il 23 sentyabr tarixində dünya ictimaiyyəti Beynəlxalq Jest Dilləri Gününü qeyd edir.

BMT Baş katibi Antonio Quterreş bu münasibətlə müraciətində bildirib:
“Bu beynəlxalq gündə jest dillərinin dayanıqlı inkişafda rolu və heç kimin kənarda qalmaması üçün əhəmiyyəti xüsusi qeyd olunur. Həmçinin bu gün jest dillərindən istifadə edən insanların dil və mədəni müxtəlifliyinin qorunması və dəstəklənməsi üçün vacib imkan yaradır.”

Beynəlxalq Karlar Federasiyasının məlumatına görə, hazırda dünyada təxminən 72 milyon eşitmə məhdudiyyətli insan yaşayır və onların 80 faizi inkişaf etməkdə olan ölkələrdədir. Ümumilikdə isə onlar 300-ə yaxın müxtəlif jest dilindən istifadə edirlər.

Jest dilləri danışıq dillərindən fərqlənsə də, fikirləri tam şəkildə ifadə edə bilən təbii dil hesab olunur. Bundan başqa, eşitmə məhdudiyyətli insanların beynəlxalq görüşlərdə və səfərlərdə ünsiyyət üçün istifadə etdikləri ayrıca ümumi beynəlxalq jest dili mövcuddur. Bu dil leksik baxımından daha məhdud olsa da, əsas ünsiyyət vasitəsi rolunu oynayır.

Jest dillərinin statusu Əlillərin Hüquqları üzrə Konvensiya ilə tanınıb və dəstəklənib. Sənəddə üzv dövlətlərə jest dillərinin öyrənilməsinin asanlaşdırılması və kar icmalarının dil kimliyinin qorunmasına dəstək göstərilməsi tövsiyə olunur.

Qeyd edək ki, Beynəlxalq Jest Dilləri Günü ilk dəfə 2018-ci ildə qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ötən gün (sentyabrın 20-də) Xəzər hövzəsinin ən böyük və müasir gəmiqayırma müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunun (Baku Shipyard)

Ən son

Спорт

Baki-baku.az представляет их
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin