Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2025

Paylaşın

GÜNDƏM

Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunub

“Avtomobilsiz gün”, Məhəmməd Naxçıvani küçəsi

Sentyabrın 21-də Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunub.

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdirilib, əhali üçün test sürüşləri və təlimlər keçirilib.

Yaradıcılıq zonasında “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənib. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılıb. Müxtəlif əyləncələr təşkil olunub.

Xatırladaq ki, AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət etdi və namizədliyi uğurla təsdiqləndi.

Layihə hər il fərqli mövzu ilə reallaşır. Builki mövzu “Hər kəs üçün mobillik”dir. Bu o deməkdir ki, bütün insanlar dayanıqlı nəqliyyatla təmin edilməlidir. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilib və “Avtomobilsiz Gün”lə yekunlaşıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin