Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Təbabətin sarı qızılı

Limon

Azərbaycanda limon heç vaxt sadəcə meyvə hesab edilməyib. O, təbii dərman vasitəsi kimi qəbul olunub. Abşeron bağları və Astara plantasiyalarından nazik qabıqlı, şirəli meyvələr əldə olunurdu ki, onlardan yalnız mətbəxdə deyil, həm də tibbdə geniş istifadə olunurdu.

Baki-baku.az yazır ki, limonun efir yağından sitral maddəsi alınırdi və həmin maddə spirtli məhlula qatılaraq hipertoniyanın müalicəsində tətbiq edilirdi. Bu da öz dövrü üçün sensasion bir praktika hesab olunurdu.

Xalq təbabətində limon şirəsi universal vasitəyə çevrilmişdi: onun köməyi ilə qaraciyər xəstəliklərini, böyrək və öd daşlarını müalicə edirdilər. Diabet, sarılıq zamanı da limon şirəsi təyin edilir, həmçinin damağın möhkəmləndirilməsi üçün istifadə olunurdu. Limondan alınan turşməzə içkilər malyariya zamanı bədənə sərinlik effekti verirdi, hərarəti salıraq qızdırma və ürəkbulanmaya qarşı mübarizəyə kömək edirdi. Limon siropu isə təkcə dad üçün deyil, həm də bədənin gücünü bərpa edən yüngül tonuslandırıcı içki kimi istifadə olunurdu.

Limonun gizli gücü onun C və P vitaminləri, limon turşusu, efir yağları ilə zənginliyindədir. Heç də təəccüblü deyil ki, Azərbaycanda limon həmçinin ana olmağa hazırlaşan qadınlarda toksikozu yüngülləşdirmək və həzmi yaxşılaşdırmaq üçün tətbiq olunurdu, həmçinin qan duruldan vasitə kimi də tövsiyyə edilirdi. Beləliklə, Azərbaycanda limon sadəcə meyvə yox, elmlə ənənəni birləşdirən özünəməxsus “mini aptek”ə çevrilmişdi.

Limon

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bəlli olub.

Ən son

Uncategorized

Обладатель премии «Золотой мяч», учреждённой изданием France Football для лучшего футболиста года, стал известен.

Uncategorized

Обладатель премии «Золотой мяч», учреждённой изданием France Football для лучшего футболиста года, стал известен.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin