Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2025

Paylaşın

GÜNDƏM

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

IMG-20250922-WA0049

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilir.

Baki-baku.az xəbər verir ki, sentyabrın 22-23-də AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək.

Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.

Tədbir çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr və ölkəmizin investisiya imkanları və potensialına dair sərginin keçirilməsi nəzərdə tutulub. İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bəlli olub.

Ən son

Uncategorized

Обладатель премии «Золотой мяч», учреждённой изданием France Football для лучшего футболиста года, стал известен.

Uncategorized

Обладатель премии «Золотой мяч», учреждённой изданием France Football для лучшего футболиста года, стал известен.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin