Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/20/2025

Paylaşın

GÜNDƏM

İçərişəhərdə Cənubi Qafqazın ən böyük kvest çempionatı keçirilib

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə İçərişəhərdə tarix və gəncliyi birləşdirən “Bakı Kvest 2025|İçərişəhər” layihəsi keçirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatı, CAVAN Gənclər Hərəkatı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Gənc Könüllülər” İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən çempionatda 36 komanda və 540 gənc iştirak edib.

Qoşa Qala meydanında açılış mərasimi baş tutan kvest çempionatı gənclərdə həm komanda ruhunu, strateji düşüncəni və tarixə marağı gücləndirmək, həm də könüllülük fəaliyyətini təşviq etmək məqsədini daşıyıb.

Cənubi Qafqazın ən böyük kvest çempionatının marşrutu gənclərə İçərişəhərin dar küçələrini, memarlıq incilərini və tarixi abidələrini fərqli prizmadan kəşf etmək imkanı yaradıb. Tapşırıqlar İçərişəhərin məşhur və çox az tanınan, lakin tarixi baxımdan mühüm obyektlərini əhatə edərək gəncləri keçmişə səyahət etdirib.

İntellektual mübarizənin sonunda çempionatın qalibi olan gənc tələbə və könüllülər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev tərəfindən kubok, medal və xüsusi mükafatlarla təltif olunublar.

Yekunda gənclərin sevimli müğənnilərinin iştirakı ilə konsert proqramı təşkil edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Проведённые исследования подтвердили, что вороны способны различать человеческие лица, запоминать тех, кого они считают опасными, на срок до

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə yarışların rəsmi saytında məlumat paylaşılıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə yarışların rəsmi saytında məlumat paylaşılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin