Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin ikinci günü başlayır.
Baki-baku.az xəbər verir ki, bu gün azarkeşləri üç maraqlı sessiya gözləyir:
saat 12:00-da “Formula-1” üzrə sonuncu sərbəst yürüş,
saat 14:15-də “Formula-2” kateqoriyasında sprint yarışı,
saat 16:00-da isə “Formula-1” üzrə sıralanma turu start götürəcək.
Xatırladaq ki, yarış həftəsi dünən başlayıb və sentyabrın 21-də əsas yarışla yekunlaşacaq.
Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman tədbirinə ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk yarış Avropa Qran-prisi adlanıb və həmin yarışda alman pilot Niko Rosberq qələbə qazanıb. Sonrakı illərdə isə Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika, iki dəfə), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) Bakıda qalib olublar.
Yalnız 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Azərbaycan Qran-prisi keçirilməyib.