Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2025

Paylaşın

GÜNDƏM

Səfir: Azərbaycan 2027-ci ildə Yaponiyada Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək

Yaponiya səfiri, Yaponiya

Azərbaycan 2027-ci ildə Tokio yaxınlığında yerləşən Yokohama şəhərində keçiriləcək Beynəlxalq Bağçılıq Sərgisində iştirak etməyi planlaşdırır.

Bu fikirləri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Baki-baku.az-a müsahibə verərkən bildirib.

Səfir vurğulayıb ki, Yaponiyada Azərbaycanın daha geniş auditoriyaya tanıdılması və həmçinin azərbaycanlılar arasında Yaponiyaya marağın artırılması üçün qarşılıqlı şəkildə lazımi addımlar atılır:

“Hal-hazırda davam edən “Osaka, Kansai Ekspo 2025” sərgisində Azərbaycanın geniş pavilyonla iştirak etməsinin çox böyük əhəmiyyət daşıdığını düşünürəm. Həqiqətən də, çoxsaylı yapon vətəndaşının Azərbaycan pavilyonunu ziyarət etməsi Azərbaycanın tanınması və cəlbediciliyinin təşviqinə müsbət təsir göstərir”.

“Bu kimi fəaliyyətlərin davam etdirilməsi Azərbaycanın daha da tanınmasına xidmət edəcək və nəticə etibarilə yapon turistlərin ölkəyə marağı təbii şəkildə artacaqdır. Digər tərəfdən, Yaponiyaya səyahət edən azərbaycanlı turistlərin sayı da son zamanlarda xeyli artır və səfirlik də bu sahəyə xüsusi diqqət ayıraraq fəal şəkildə məlumatlandırma, təbliğat-təşviqat işi aparır. Ona görə də, fürsətiniz olduqda Yaponiyaya səfər etməyi mütləq tövsiyə edirəm”, – Katsuya Vatanabe əlavə edib.

Qeyd edək ki, müsahibənin geniş variantı sabah təqdim olunacaq

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, molyuskların seliyinin birbaşa dəriyə çəkilməsi allergik reaksiyalar, infeksiyalar və hətta mexaniki zədələnmələrə səbəb ola

Ən son

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az со ссылкой на зарубежные СМИ, по мнению астрологов, по правилам фэн-шуй часы

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az со ссылкой на зарубежные СМИ, по мнению астрологов, по правилам фэн-шуй часы
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin