Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/14/2025

Paylaşın

GÜNDƏM

Akademik Milli Dram Teatrı 153-cü teatr mövsümünü açdı

IMG-20250914-WA0019

Akademik Milli Dram Teatrı 153-cü teatr mövsümünü açıq elan edib.

Baki-baku.az xəbər verir ki, mərasimdə rəsmilər, ölkənin bütün teatrlarından qonaqlar və tamaşaçılar iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin səslənməsi ilə başlayıb.

Açılış mərasimində mədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində ümummilli lider Heydər Əliyevin, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı qeyd olunub.

Sonra Akademik Milli Dram Teatrının aktyorları təntənəli şəkildə səhnəyə dəvət olunublar.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov çıxış edərək yeni teatr mövsümünün açılışı ilə bağlı təbriklərini çatdırıblar.

Tədbir musiqi ilə davam etdirilib. Xalq artisti Azər Zeynalov, “Kaman” rəqs qrupu, Azərbaycan Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli, Əməkdar artist Bəyimxanım Vəliyeva musiqi nömrələri ilə çıxış ediblər.

Daha sonra ölkədə fəaliyyət göstərən teatrlar repertuarda olan tamaşalardan parçalar ifa ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı Murad Yegizarov 13

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin