Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/13/2025

Paylaşın

GÜNDƏM

Mərkəzi Nəbatat Bağında yanğın-taktiki təlim keçirilib

Mərkəzi Nəbatat Bağında yanğın, Mərkəzi Nəbatat Bağı, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Yanğın, Təlim

Yenidənqurma və genişləndirmə işlərindən sonra 2024-cü ilin sonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirakı etdiyi Mərkəzi Nəbatat Bağı ziyarətçilərin rahatlığı ilə yanaşı, təhlükəsizlik və qorunma məsələlərinə də diqqət yetirir.

Baki-baku.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs – Mərkəzi Nəbatat Bağının təşəbbüsü ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidməti ilə birgə yanğın-taktiki təlim keçirilib. Təlimin məqsədi yanğın zamanı qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, şəxsi heyətin bacarıqlarının artırılması və Bağ əməkdaşlarının ilkin davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi olub.

Təlim planına uyğun olaraq, baş vermiş şərti yanğın yerinə operativ şəkildə çatan yanğından mühafizə bölmələri Bağın əməkdaşları ilə birgə təxliyə, kəşfiyyat və yanğının söndürülməsi əməliyyatını icra ediblər.

Təlimdən sonra FHN əməkdaşları işçilərə yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah ediblər.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlı xüsusi proqram hazırlanır və sözügedən proqramda inkişafa dair bütün məsələlər öz əksini tapacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 min

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin