Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

GÜNDƏM

Bakının ictimai nəqliyyatı artan tələbata cavab verirmi? – ARAŞDIRMA

Bakının ictimai nəqliyyatı, İctimai nəqliyyat, Avtobus, Qatar, Metro

Bakıda nəqliyyat problemi hər gün minlərlə insanın həyatına təsir göstərən ən aktual mövzulardan biridir. Paytaxtda sürətlə artan avtomobilləşmə, yolların yüklənməsi, gündəlik tıxaclar sakinlərin vaxt itkisinə səbəb olur. Bu vəziyyətdə ictimai nəqliyyatın rolu daha da ön plana çıxır, çünki həm insanların hərəkətini asanlaşdırır, həm də şəhərdə sıxlığın azalmasına müəyyən qədər təsir göstərir. Son illərdə metro və avtobus şəbəkəsində müəyyən dəyişikliklər baş versə də, ciddi irəliləyiş yalnız nəqliyyat sisteminin əsaslı şəkildə yenilənməsi ilə mümkündür.

Mövzu ilə bağlı Baki-baku.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı öz fikirlərini bölüşüb.

O bildirib ki, Bakıda ictimai nəqliyyatın inkişafı və tıxacların azaldılması mövzusu hər zaman gündəmdədir: “Bu istiqamətdə əsas prioritetlərdən biri avtobus parkının sürətlə yenilənməsidir. Onun sözlərinə görə, əgər bu proses qısa müddətdə həyata keçirilməsə, güclü sərnişin axınından danışmaq mümkün olmayacaq. Son statistik rəqəmlər göstərir ki, ictimai nəqliyyatda təxminən 6 %-lik artım qeydə alınıb. Faiz baxımından bu, az görünə bilər, amma burada söhbət yüz minlərlə sərnişindən gedir. Bu, əslində böyük göstəricidir. Çünki şəhərdə tıxaclar artır, avtomobilləşmə sürətlənir, buna baxmayaraq şəxsi maşınından imtina edib, ictimai nəqliyyata qayıdanlar da var. Onlar vaxt itirməmək üçün avtobus və metrodan istifadə etməyə üstünlük verirlər.

İctimai nəqliyyat, Avtobus, Qatar, Metro

Elməddin Muradlı avtobus zolaqlarının yaradılmasının mənzil başına daha tez çatmağa imkan verdiyini, metroda isə intervalın azaldılması istiqamətində görülən işlərin müsbət təsir göstərdiyini qeyd edib: “Metroda yaşıl və qırmızı xətlərin ayrılması nəzərdə tutulur. Bu işlər görülərkən müəyyən sıxlıqlar olacaq, amma səbirli olmaq lazımdır. Çünki hər dəqiqə sərnişin üçün çox önəmlidir”.

Ekspert əlavə edib ki, Bakının həddindən artıq yüklənməsi probleminin əsas həll yolu bölgələrin inkişafından keçir:

“Bölgələrdə iş yerləri, əyləncə mərkəzləri, gəzməli-görməli yerlər yaradılmalıdır ki, insanlar öz yurdlarına qayıtsın, Bakıya axışmasınlar. Əks halda, monosentrik paytaxt problemi daha da dərinləşəcək”.

E. Muradlının sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də monosentrik paytaxt modelindən polosentrik inkişaf modelinə keçməkdir: “Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran kimi şəhərlər Bakı səviyyəsində inkişaf etdirilməli, burada göydələnlər, iş yerləri, dövlət qurumlarının nümayəndəlikləri açılmalıdır. Hər bölgədə həyat qaynadıqda, insanlar artıq xırda səbəblər üçün Bakının mərkəzinə gəlməyəcəklər”.

İctimai nəqliyyat, Avtobus, Qatar, Metro

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, в этот раз он решил поразить публику не шкатулкой-автоматом и не музыкальным механизмом, а чем-то

Ən son

GÜNDƏM

Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzi qeyri-yaşayış binalarının əsaslı təmiri işlərini həyata keçirəcək.

GÜNDƏM

Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzi qeyri-yaşayış binalarının əsaslı təmiri işlərini həyata keçirəcək.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin