Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb

Faiq Əhməd: 2011–2024-cü illər dövrü, Azərbaycan Milli Xalça Muzeyi

Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərginin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək rəssamın yaradıcılığı, Azərbaycan xalça sənətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyəti və sərginin əhəmiyyətindən danışıblar.

Baki-baku.az xəbr verir ki, sərgidə yer alan unikal xalçalar indiyədək “Şanqri La” İslam İncəsənəti, Mədəniyyəti və Dizaynı Muzeyi (Havay), San Luis Obispo İncəsənət Muzeyi (Kaliforniya), Pensilvaniya İncəsənət və Dizayn Kolleci, Tuleyn Universitetinin Nyukomb İncəsənət Muzeyi (Nyu Orlean), Maraya İncəsənət Mərkəzi (Şarjah), Arnem Muzeyi (Niderland) və İsveç Tekstil Muzeyi (Boras) kimi nüfuzlu mərkəzlərdə nümayiş etdirilsə də, onların əksəriyyəti ölkəmizdə ilk dəfə tamaşaçılara təqdim olunur.

Ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirir. O, milli irsi qorumaqla, onu qlobal incəsənət dilində ifadə edir və beynəlxalq miqyasda rezonans doğuran gücə çevirir.

Sərgidə müəllifin tekstil sənətinə yanaşmasının zaman və mədəniyyət kontekstində dəyişməsini əks etdirən “Sosial anatomiya” (2016) və “Sən müqəddəssən” (2024) adlı videoçarxlar da nümayiş olunur.

Qeyd edək ki, rəssamın əsərləri indiyədək Ağa Xan Muzeyi (Toronto), Corc Vaşinqton Universitetinin Tekstil Muzeyi (Vaşinqton), Viktoriya və Albert Muzeyi (London), Viktoriya Milli Qalereyası (Melburn), Roma Müasir İncəsənət Muzeyi, Qədim və Müasir İncəsənət Muzeyi (Tasmaniya) və dünyanın digər şəhərlərindəki nüfuzlu sənət mərkəzlərində sərgilənib.

Eyni zamanda, müəllifin əsərləri Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Elm və Tətbiqi İncəsənət Muzeyi (Sidney), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər tanınmış mədəniyyət müəssisələrinin daimi kolleksiyalarına daxildir.

2007-ci ildən bəri ənənəvi xalça naxışlarını müasir baxışla yenidən şərh edən Faiq Əhməd bu silsilə əsərləri ilə dünyanın müxtəlif ölkələrində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Sərgi 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Психологи раскрыли общую привычку, присущую счастливым людям - они уделяют особое внимание поддержанию порядка и чистоты в своем

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

«Mən – bakılıyam. Burada anadan olmuşam. Dostlarım bu şəhərdə yaşayır. Bakı – mənim vətənim, evimdir

TARIXI ŞƏXSİYYƏTLƏR

«Mən – bakılıyam. Burada anadan olmuşam. Dostlarım bu şəhərdə yaşayır. Bakı – mənim vətənim, evimdir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin