“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında təmir işləri aparılacaq.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, qurum binasının 1-ci və 2-ci mərtəbələrinin təmiri ilə bağlı müxtəlif mal və materialların satın alınması üçün açıq müsabiqə elan edib.
Təmir işlərinin həyata keçirilməsi inzibati binada daha müasir və komfortlu iş şəraitinin yaradılmasına, vətəndaşların qəbulunun yaxşılaşdırılmasına, dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə və ümumilikdə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək.