Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2025

Paylaşın

GÜNDƏM

“Formula 1″lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq

Dərslər onlayn olacaq, "Formula 1", Onlayn dərs

“Formula 1” Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.

Baki-baku.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq:

“Bu, hər il qəbul edilən qərardır. Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır”.

Nazir bildirib ki, bu məsələ Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə şamil oluna bilər:

“Amma “Formula 1″ Gəncədə keçirilmir. Ona görə də Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır? Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq”.

Qeyd edək ki, “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı İqlim Fəaliyyəti Həftəsi üçün qeydiyyat prosesi başlayıb.

Ən son

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az, впервые идея организованного обучения родилась на берегах Нила

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az, впервые идея организованного обучения родилась на берегах Нила
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin