Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2025

Paylaşın

GÜNDƏM

Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir

Maqsud İbrahimbəyovun 90 illiyi, Maqsud İbrahimbəyov

Bu il Xalq yazıçısı, görkəmli kinodramaturq Maqsud İbrahimbəyovun (1935-2016) anadan olmasının 90 illik yubileyidir.

Prezident İlham Əliyev 13 fevral 2025-ci il tarixində ədibin 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Baki-baku.az xəbər verir ki, sərəncamın icrası ilə bağlı ölkəmizdə silsilə tədbir və layihələr gerçəkləşdirilir. Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə yazıçının ssenari müəllifi olduğu filmlərə retrospektiv baxış da silsilə tədbirlərin bir hissəsidir.

Sentyabrın 10-da Nizami Kino Mərkəzində layihənin açılışı olub. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Maqsud İbrahimbəyovun kino yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi Ayaz Salayev, “Balans” studiyasının direktoru Vahid Mustafayev çıxış edərək ədibin Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Yaradıcılıq Mərkəzinin rəhbəri, yazıçının həyat yoldaşı Anna İbrahimbəyova layihənin təşkilinə dəstək verən qurumlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda kinosevərlər “Balans” studiyasının bərpa etdiyi, ssenari müəllifi M.İbrahimbəyov olan “Bizim Cəbiş müəllim” bədii filmini (rejissor Həsən Seyidbəyli, 1969) izləyiblər.

Qeyd edək ki, sentyabrın 13-dək davam edək retrospektiv baxış çərçivəsində “Uşaqlığın son gecəsi” (“Azərbaycanfilm”,1968) “Truskavetsə kim gedəcək?” (“Tacikfilm”,1977, rus dilində) və “Dəniz” (“Azərbaycanfilm”, sənədli film, 1965) filmləri nümayiş etdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq yarmarkası keçiriləcək.

Ən son

MEMARLIQ

Onların arasında məscidlər həm ibadət, həm də ruhani dayanacaq kimi xüsusi yer tutur.

MEMARLIQ

Onların arasında məscidlər həm ibadət, həm də ruhani dayanacaq kimi xüsusi yer tutur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin