Yeni tədris ilinə hazırlıq valideynlərin ən böyük gündəmi olub. 2025–2026-cı tədris ilində 127 mindən çox uşaq ilk dəfə məktəb partası arxasına əyləşəcək.
Baki-baku.az-ın məlumatına görə, bununla əlaqədar valideynlər həm geyim, həm də dəftərxana ləvazimatlarının alışına start veriblər.
Məktəbli üçün əsas geyim və ləvazimat siyahısı
Bir şagirdin məktəb həyatına hazır olması üçün aşağıdakı geyim və dəftərxana vasitələri tələb olunur:
Məktəbli geyimləri
Qısaqol köynək – 8 AZN
Uzunqol köynək – 10 AZN
Şalvar və ya ətək – 15 AZN
Jaket və ya pencək – 20 AZN
Dəftərlər:
12 vərəqli dəftər – 0,30 AZN
40 vərəqli dəftər – 0,45 AZN
60 vərəqli dəftər – 0,90 AZN
100 vərəqli dəftər – 0,95 AZN
Spirallı dəftər – 1–4,50 AZN
Qələmlər və yazı ləvazimatları:
Sadə qələm və karandaşlar – 0,15–1,10 AZN
Rəngli karandaş dəsti – 3–8 AZN
Flomaster dəsti – 3–10 AZN
Qələm qabı – 5–20 AZN
Rəsm və ölçü vasitələri:
Rəsm albomu – 1,5–3 AZN
Xətkeş – 0,50–2 AZN
Pozan və yapışqan – 0,50–2 AZN
Pərgar – 2–5 AZN
Qayçı – 1–3 AZN
Təqribi xərclər: 8–12 AZN
Məktəb çantası:
Qiymətlər 20–80 AZN arasında dəyişir. Orta hesabla 40–50 AZN ödəmək lazımdır.
Bir məktəbli üçün bütün zəruri geyim və ləvazimatların toplanması valideynlərə 150–200 AZN-ə başa gəlir. Bu rəqəm seçilən məhsulların keyfiyyətinə və alış yerinə görə dəyişə bilər.
Qeyd edək ki, “Bakı Tikiş Evi” bu il 100 minə yaxın məktəbli forması istehsal edib və qiymətlər ötən illə müqayisədə 20–33% ucuzlaşıb. Ucuz seçim axtaran valideynlər eyni zamanda “Sədərək” Ticarət Mərkəzinə də üz tuturlar.