Baki-baku.az xəbər verir ki, bu barədə Almaniyanın “Geo” jurnalında dərc olunmuş məqalədə bildirilib.
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin Geologiya İnstitutunun 2024-cü və 2025-ci illər ərzində apardığı tədqiqatlara əsasən, daxili nüvə 2008-ci ildən etibarən əvvəllər olduğu kimi sürətlə fırlanmır və mantiyaya nisbətən iki-üç dəfə yavaşlayaraq istiqamətini şərqə doğru dəyişib.
Daxili nüvə planetimizin maye nüvəsinin hərəkətini təşkil edir. Əsasən dəmirdən ibarət maye nüvə elektrik cərəyanları vasitəsilə Yer kürəsinin maqnit sahəsini əmələ gətirir. Bu maqnit sahəsi isə, öz növbəsində, günlərin uzunluğu, peyk naviqasiyası və quşların miqrasiya marşrutları üçün vacib göstərici kimi çıxış edir.