Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2025

Paylaşın

GÜNDƏM

Bu ay Bakıya 12 mindən çox turistin gələcəyi gözlənilir

12 mindən çox turist, "Formula 1" üzrə Azərbaycan Qran-prisi

“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 12 mindən xarici turistin Bakıya gələcəyi gözlənilir.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan sadəcə “Formula 1” ab-havasını yaşamaq üçün paytaxta üz tutublar. Formula 1-in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran Prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2200 ABŞ dolları ötür ki, bu da Qran Prini turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir.

2024-cü ildə Azərbaycan Qran Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib.

Azərbaycan Qran Prisinə marağı nəzərə alınaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının “Formula 1” xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur.

Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır.

Beləliklə, Qran Pri təkcə idman yarışı deyil, həm də ölkə iqtisadiyyatı üçün güclü inkişaf platformasıdır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında təşkil olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Сегодня кажется естественным - достать смартфон, нажать на экран и мгновенно запечатлеть момент

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az xarici mətbuata istinadla xəbər verir ki, Yulius Maximilian adına Vürzburq Universitetinin (Almaniya)

HƏR ŞEYDƏN

Baki-baku.az xarici mətbuata istinadla xəbər verir ki, Yulius Maximilian adına Vürzburq Universitetinin (Almaniya)
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin