Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

GÜNDƏM

Bakıda məktəbli geyimlərinin satışı üzrə 29 məntəqə fəaliyyət göstərir

Məktəbli geyimlərinin satışı

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar onlara ən yaxın istənilən satış məntəqəsinə müraciət edə bilərlər. Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciətləri olduğu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat verə bilərlər.

Qeyd edək ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qadınlar yumor hissi olan kişiləri daha ağıllı hesab edirlər. Deyilir ki, yumor hissi kişilər üçün daha xarakterikdir və

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Möminə xatun öncə İraq Səlcuq sultanlığının tərkibinə daxil olan Atabəy dövlətinin baş xatunu kimi çox

TARIXI ŞƏXSİYYƏTLƏR

Möminə xatun öncə İraq Səlcuq sultanlığının tərkibinə daxil olan Atabəy dövlətinin baş xatunu kimi çox
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin