Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Baki-baku.az bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.