Nəşr edilmişdir 08/26/2025

Paylaşın

GÜNDƏM

Baki-baku.az-ın müraciətindən sonra Yasamalda tullantıya çevrilən avtomobil götürüldü

Yasamal

Yasamal rayonunda artıq üç ildir ki, istifadəsiz vəziyyətdə olan avtomobil küçədə tullantı kimi qalıb. Ərazidə yaşayan sakinlər dəfələrlə bu vəziyyətdən narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, sözügedən nəqliyyat vasitəsi həm yolun görüntüsünü korlayır, həm də ətrafda antisanitariya halları yaradır.

Baki-baku.az məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Qeyd edək ki, unudulmuş köhnə avtomobillərlə bağlı ilk növbədə Dövlət Yol Polisi (DYP) tərəfindən araşdırma aparılır.

Avtomobilin qeydiyyatda olub-olmaması, sahibinin kimliyi və ya qeydiyyatdan çıxarılıb-çıxarılmaması müəyyənləşdirilir. Yalnız bundan sonra həmin nəqliyyat vasitəsinin yığışdırılması, utilizasiya olunması barədə qərar verilir.

Lakin qeyd etdiyimiz avtomobil illərdir orada qaldığından, artıq tullantı formasını aldığından redaksiyamızın müraciətinə cavab Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyindən gəldi. Birliyin əməkdaşları tullantının olduğu yerə gedərək həmin avtomobilin yararsız vəziyyətdə olan qalıqlarını ərazidən kənarlaşdırıblar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Təbiətin vulkanik gücü təkcə dağıdıcı deyil, həm də yaradıcıdır - bəzən elə gözlərimizin önündə baş verən hadisələr bunu

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Zövq detallarda gizlidir: Yeni mövsümdə dırnaqları necə bəzəməli?

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Zövq detallarda gizlidir: Yeni mövsümdə dırnaqları necə bəzəməli?
Facebook
X (Twitter)
LinkedIn
Email

Məqalənizi göndərin